Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qarabağın, o cümlədən Ağdamın və ağdamlıların işğaldan əvvəlki çal-çağırlı həyatı bərpa olunacaq

0

  •  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevral ayının 13-də işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Bu səfər xüsusi tarixi əhəmiyyətə malik olan bir səfərdir. İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunmuş rayonlarımızda, o cümlədən Ağdam rayonu ərazisində bir sıra quruculuq və abadlıq işlərinin aparılması təqdirəlayiqdir. Erməni vandallarının daşı daş üstündə qoymadığı Ağdam şəhərinin yenidən tikilib qurulması üçün böyük layihələr həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin "Ağdam-1 və Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər. Daha sonra prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərərək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların, mehmanxanasının və yeni yaşayış kompleksinin təməllərini qoyub. Eyni zamanda dövlətimizin başçısı Ağdam Cümə məscidində görülən işlərin gedişi ilə tanış olub. Bütün bunlar bir daha onu göstərir ki, bütün səylərini Qarabağın bərpasına yönəldib. Dövlətimizin başçısı Ağdam rayonunun ictimaiyyəti ilə geniş tərkibdə görüş keçirərək Ağdam rayonunun yenidən qurulacağını əminliklə bildirmişdir. O qeyd etmişdir ki, Ağdam rayonu əvvəlkindən də daha gözəl görkəm alacaqdır. Qarabağın, o cümlədən Ağdamın və ağdamlıların işğaldan əvvəlki çal-çağırlı həyatı bərpa olunacaq. Prezidentin rayon sakinləri qarşısında söylədiyi fikirlər doğrudan da qürurvericidir. Təhsil işçisi olaraq müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı balanslaşdırılmış daxili və xarici siyasəti bəyənir və dəstəkləyirik. Ümidvarıq ki, 30 illik köçkünlük həyatı yaşayan Qarabağ sakinləri tezliklə öz doğma yurdlarına dönəcək və firavan həyatlarına yenidən davam edəcəklər.Fərhad Gülməmmədov,Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib47 dəfə
    Qarabağın o cümlədən Ağdamın ağdamlıların işğaldan əvvəlki çal çağırlı həyatı bərpa olunacaq

    Maraqlı gələ bilər
    53
    0
    137